İki klub Azərbaycan kubokundan imtina etdi – PFL iştirakçıları açıqladı
Bizi izləyin

İdman

İki klub Azərbaycan kubokundan imtina etdi – PFL iştirakçıları açıqladı

Azərbaycan kubokunda 2019/2020 mövsümün iştirakçı komandaları müəyyənləşib.

Publika.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.

Bu dəfəki yarışda birinci divizion təmsilçilərindən “Turan-Tovuz” və MOİK iştirakdan imtina edib.

Püşkatma mərasimi 13 noyabr saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm