Erməni Bakıya gələsi olmadı
Bizi izləyin

İdman

Erməni Bakıya gələsi olmadı

Erməni Bakıya gələsi olmadı

"Tiraspol" erməni futbolçusunu Bakıya gətirməyəcək.

Publika.az xəbər verir ki, "İnter"in Avropa Liqasındakı rəqibi Artyom Xaçaturovu siyahıdan çıxarıb.

İlkin siyahıda Ermənistan yığmasının üzvünün də adı olub. Lakin "Tiraspol" rəhbərliyi sonradan onu ölkəmizə gətirməmək qərarı verib.

Qeyd edək ki, Moldovada doğulan Artyom 2010-2013-cü illərdə "Şerif"də çıxış edib. 2013-cü ildə "Tiraspol"a keçən 22 yaşlı müdafiəçi, ötən mövsüm 19 oyunda 1 qol vurub. Xaçaturov Ermənistan yığmasında iki oyun keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm