Avropa çempionatı: Azərbaycan yığması üçüncü pilləyə yüksəldi - YENİLƏNDİ
Bizi izləyin

İdman

Avropa çempionatı: Azərbaycan yığması üçüncü pilləyə yüksəldi - YENİLƏNDİ

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında VIII turun görüşləri başa çatıb.

Kişilərdən ibarət Azərbaycan millisi bu turda Ermənistanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə bitib - 1,5:2,5.

Qadınlardan ibarət komanda isə Fransanı məğlubiyyətə uğradıb - 2,5:1,5. Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblərinə qalib gəlib. Ülviyyə Fətəliyeva uduzub, Xanım Balacayeva isə heç-heçəyə razı olub.

Qeyd edək ki, bu nəticələrdən sonra qadınlardan ibarət komanda 12-ci xalını qazanıb və sona bir tur qalmış üçüncü pilləyə yüksəlib. Kişilərdən ibarət yığma isə 9 xalla 12-ci sıradadır.

Komandalararası Avropa çempionatı, VIII tur

1 noyabr

Kişilər

Azərbaycan - Ermənistan - 1,5:2,5

Şəhriyar Məmmədyarov - Levon Aronyan - 0,5:0,5

Arkadi Naydiç - Qabriel Sargissyan - 0,5:0,5

Qədir Hüseynov - Qrant Melkumyan - 0,5:0,5

Eltac Səfərli - Arman Paşikyan - 0:1

Qadınlar

Fransa - Azərbaycan - 1,5:2,5

Sofi Miyye - Günay Məmmədzadə - 0:1

Polen Gişar - Xanım Balacayeva - 0,5:0,5

Almira Skripçenko - Ülviyyə Fətəliyeva - 1:0

Nataşa Benmesba - Gülnar Məmmədova - 0:1 (Report)

***

18:38

Gürcüstanın Batumi şəhərində davam edən şahmat üzrə komandalararası 22-ci Avropa çempionatının 8-ci turunda Azərbaycan komandası Ermənistan komandası ilə qarşılaşır.

Komandaların liderləri arasında görüşdə Şəhriyar Məmmədyarovla Levon Aronyan qarşılaşıb.

Bu görüş heç-heçə başa çatıb.

Digər cütlüklərdən Arkadi Naydiç Qabriel Sarkisyanla, Qədir Hüseynov Hrant Melkumyanla və Eltac Səfərli Arman Paşikyanla qarşılaşır. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm