Qurbanov "Neftçi" ilə oyundan danışdı
Bizi izləyin

İdman

Qurbanov "Neftçi" ilə oyundan danışdı

"Çətin və maraqlı oyun oldu. Meydanda güclü mübarizə gördük. Bir xal bizim üçün lazım idi. Rəqib istəkli oynadı. Futbolçularımızdan razı qaldım".

Bu sözləri "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov Premyer Liqanın X turundan səfərdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra söyləyib.

47 yaşlı mütəxəssisin sözlərinə görə, bugünkü matçda komandası yaxşı mübarizə aparıb: "Son 10 gündə 3-cü oyunumuzdur, istər-istəməz yorğunluq vardı. Lakin "Neftçi" də istəkli idi, qələbə qazanıb xal fərqini azaltmaq istəyirdilər. İkinci hissədə yorğunluq öz sözünü dedi".

Qurbanov Xayme Romeronun sabahdan komanda ilə tam şəkildə məşqlərə başlayacağını bildirib. O, ispaniyalı yarımmüdafiəçinin APOEL ilə Kiprdəki Avropa Liqası matçında "18-lik"də yer alacağını bildirib.

Baş məşqçi oyunun sonlarında əzələsini dartan Mahir Emrelinin zədəsinin ciddi ola biləcəyini vurğulayıb.

Qurbanov APOEL-in baş məşqçisi Tomas Dollun istefa verməsinə də münasibət bildirib: "İstefası qəbul olundumu? Xəbərim yoxdur. Dəyişiklik olanda, komanda daha yığcam olur. Bu barədə qəti düşünmürük. Əsas öz hazırlığımızdır" (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm