Azərbaycanlı cüdoçu Avropa çempionatının qalibi oldu - FOTO
Bizi izləyin

İdman

Azərbaycanlı cüdoçu Avropa çempionatının qalibi oldu - FOTO

Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.

Publika.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev qızıl medala sahib olub.

Ardıcıl olaraq, bolqarıstanlı Rumen Radev, monteneqrolu Marko Quşiç, almaniyalı Şamil Zavbatırov və moldovalı Petru Pelivanı üstələyən Məmmədəliyev finalda rusiyalı Ayub Xajaliyevə qızıl xalla qalib gəlib. O, karyerasında ilk dəfə Avropa çempionu olub.

Qeyd edək ki, ilk yarış günündə Nurlan Osmanov 66 kq çəkidə gümüş medala sahib olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm