Prezident onu otaqdan qovdu
Bizi izləyin

İdman

Prezident onu otaqdan qovdu

Prezident onu otaqdan qovdu

Braziliya futbolunun veteranı Kafu xoşagəlməz olayla üzləşib.

Publika.az xəbər verir ki, Braziliya – Almaniya qarşılaşmasından sonra paltardəyişmə otağına daxil olmaq istəyən əfsanəvi futbolçu Braziliya Futbol Federasiyasının prezidenti ilə insident yaşayıb. Prezident Xose Mariya Marin Kafunu otaqdan qovub. O bildirib ki, otaqda hər hansı bir kənar şəxs görmək istəmir.

Kafu olaya belə şərh verib:

“Mən ona dedim ki, kənar şəxs deyiləm. Otağa ona görə daxil olmuşam ki, futbolçulara dəstək olum. Marinin hərəkətindən sadəcə şoka düşdüm. O, məni demək olar ki, qovdu.

Belə durum mənə tanışdı. 1998-ci ildə keçirilən çempionatın finalından sonra mən də məğlubiyyət acısını yaşamışam. Ona görə də uşaqların hansı hisslər keçirdiyi mənə tanış idi. Otağa özümü reklam etmək üçün daxil olmamışdım”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm