“Tanrıya şükür edirəm ki, ərim orda olmayıb”
Bizi izləyin

İdman

“Tanrıya şükür edirəm ki, ərim orda olmayıb”

“Tanrıya şükür edirəm ki, ərim orda olmayıb”

“Qalatasaray”ın braziliyalı legioneri Felipe Melonun həyat yoldaşı Roberta Braziliya millisinin Almaniya qarşısındakı biabırçı (7:1) məğlubiyyətinə biganə qalmayıb.

Publika.az xəbər verir ki, “instagram”da fikirlərini bölüşən xanım Melo ərini yığmaya dəvət etməyən baş məşqçi Skolarini tənqid edib:

“Felipenin 4 ildi milliyə çağırılmamasını başa düşə bilmirəm. Onun xarakterində əzmkarlıq, qalibiyyət kimi xüsusiyyətlər var. Amma bu məğlubiyyətdən sonra ərimin milliyə çağırılmadığı üçün Tanrıya şükür edirəm”.

Qeyd edək ki, 2011-ci ildən “Qalatasaray”ın şərəfini qoruyan Felipe Melo 2010-2011-ci illər ərzində Braziliya millisində çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm