Maradona Braziliyanı ələ saldı
Bizi izləyin

İdman

Maradona Braziliyanı ələ saldı

Maradona Braziliyanı ələ saldı

Dünya çempionatının yarımfinalında Braziliyanın Almaniyaya biabırçı məğlubiyyəti Dieqo Maradonanın əhvalını yüksəldib.

Argentina futbolunun canlı əfsanəsi əzəli düşmənin bu məğlubiyyətindən zövq alıb. Publika.az xəbər verir ki, Maradona mətbuata verdiyi açıqlamada Braziliyanı ələ salıb.

Canlı əfsanə braziliyalıların bu məğlubiyyətdən necə təsirlənmələrinin fərqinə varmadan, onların məğlubiyyətini tennis oyunundakı hesabla müqayisə edib:

“Braziliya, de görüm, özünü necə hiss edirsən? Hesab 6:0 olarkən oyunu xilas etmək mümkün idi. Ona görə ki, həmin vaxt artıq set tamamlanmışdı. Almanlar Braziliyaya qalib gəlmədi, həm də onları əzdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm