Levandovskidən rekord
Bizi izləyin

İdman

Levandovskidən rekord

Robert Levandovski oktyabr ayının ən yaxşı oyunçusu seçilib.

Publika.az xəbər verir ki, "Bavariya"nın futbolçusu azarkeşlər arasında aparılan sorğunun yekun nəticəsinə əsasən, 75.6 faiz səslə 1-ci olub. Polşalı hücumçu səsvermədə Serj Qnabri (10 faiz) və Manuel Noyeri ( 6 faiz) qabaqlayıb.

Bununla da, Levandovski ardıcıl üçüncü dəfə klubun ən yaxşı oyunçusu seçilib. Bu isə rekord göstəricidir. 31 yaşlı futbolçudan əvvəl heç kim bu uğura nail olmamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm