Azərbaycan millisi Lixtenşteyni məğlub etdi
Bizi izləyin

İdman

Azərbaycan millisi Lixtenşteyni məğlub etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində Lixtenşteyni qəbul edib.

Publika.az xəbər verir ki, qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qolu 65-ci dəqiqədə Barış Ekincier vurub.

Bu nəticədən sonra Azərbaycan millisi 6 oyundan sonra 6-cı xalını qazanıb, rəqibin isə 5 matçdan sonra 3 xalı var. U-21 noyabrın 19-da "Dalğa Arena"da yoldaşlıq matçında Ukrayna ilə üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm