Hollandiya - Argentina: 2-4
Bizi izləyin

İdman

Hollandiya - Argentina: 2-4

Bu gecə Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatının digər finalçısının adı məlum olub.

Publika.az-ın məlumatına görə, yarımfinal matçında Argentina və Hollandiya milliləri üz-üzə gəlib.

Oyunun əsas və əlavə olunmuş vaxtı qolsuz bərabərliklə başa çatıb. Bundan sonra matçın baş hakimi, türkiyəli Cüneyt Çakır penaltilər seriyası təyin edib. Argentinalıların qapıçısı Romero hollandların iki zərbəsini geri qaytarıb. Cənubi Amerika komandası isə bütün zərbələri dəqiq yerinə yetirib. Beləliklə, penaltilər seriyasında 4:2 hesabı ilə qələbə qazanan Argentina 24 il sonra yenidən dünya çempionatının finalına yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm