Avropada revanş gecəsi
Bizi izləyin

İdman

Avropada revanş gecəsi

Avropada revanş gecəsi

Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Publika.az xəbər verir ki, Azərbaycan klubları – “İnter” və “Qəbələ” də revanş oyununa çıxacaq. “Qəbələ” Bosniya və Hersoqovina "Şiroki Briyeq"i ilə mübarizə aparır. Təmsilçimiz ilk oyunu doğma meydanda keçirib və 0:2 hesabıyla məğlub olub. Buna görə də növbəti mərhələyə vəsiqə qazanmaq üçün Dorinel Muntyanunun komandası 3 qol vurmalıdı.

“İnter” isə Moldova "Tiraspol"u ilə mübarizə aparır. Təmsilçimiz ilk oyunu səfərdə keçirib və 3:2 hesabıyla qalib gəlib. İndi növbəti mərhələyə vəsiqə qazanmaq üçün "bankirlər"ə hətta istənilən hesablı heç-heçə, minimal hesablı məğlubiyyət də (0:1, 1:2) sərf edir.

Avropa Liqası

Birinci təsnifat mərhələsi (cavab oyunu)

10 iyul

21:00. İnter - Tiraspol

Hakim: Marios Panayi (Kipr)

Bakı. "Şəfa" stadionu.

23:30. Şiroki Briyeq - Qəbələ

Hakim: Vladimir Vnuk (Slovakiya)

Şiroki Briyeq. "Peçara" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm