“Hafka”nın “Atletiko” üçün hazırladığı məşqçi qaçdı
Bizi izləyin

İdman

“Hafka”nın “Atletiko” üçün hazırladığı məşqçi qaçdı

“Hafka”nın “Atletiko” üçün hazırladığı məşqçi qaçdı

Serbiyalı mütəxəssis Milinko Pantiç “Bakı”nı çalışdırmaqdan imtina edib.

Publika.az xəbər verir ki, böyük maliyyə sıxıntısı içində olan "Bakı"da vəziyyət sabitləşmir. Elə bu vəziyyətə görə ümumiyyətlə Bakıya gəlməyən məşqçi, köməkçilərini göndərmiş, özü isə prosesin nizamlanmasını gözləmişdi.

“Bakı”da durum hələ sabitləşmədiyi üçün Milinko Pantiç Azərbaycana qayıtmamağa, köməkçilərini isə klubdan geri çağırmağa qərar verib. Odur ki, indiki məqamda “Bakı”nın praktiki olaraq, baş məşqçisiz qaldığını söyləyə bilərik.

Qeyd edək ki, “Bakı”nın prezidenti Hafiz Məmmədov bildirmişdi ki, Pantiçi Madrid “Atletiko”sunun baş məşqçi postuna hazırlayırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm