AVRO-2020-nin pley-off mərhələsində qarşılaşacaq cütlüklər məlum oldu
Bizi izləyin

İdman

AVRO-2020-nin pley-off mərhələsində qarşılaşacaq cütlüklər məlum oldu

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə, turnirə pley-off-dan qatılmaq üçün mübarizə aparacaq 16 komandanın matç proqramı təyin olunub.

Publika.az
xəbər verir ki, tək oyunluq seçmə üsulu 26 mart 2020-ci ildə keçiriləcək və yarımfinalın qalibləri 31 mart 2020-ci ildə finalda qarşı-qarşıya gələcək. Finalı qazanan 4 komanda isə AVRO-2020-ə vəsiqə qazanacaq.

Qruplar və qarşılaşmalar aşağıdakı kimidir:

A qrupu:

Yarımfinal 1: İslandiya - Rumıniya

Yarımfinal 2: Boliviya - Macarıstan

B qrupu:

Yarımfinal 1: Bosniya və Herseqovina - Şimali İrlandiya

Yarımfinal 2: Slovakiya - İrlandiya

C qrupu:

Yarımfinal 1: Şotlandiya - İsrail

Yarımfinal 2: Norveç - Serbiya

D qrupu:

Yarımfinal 1: Gürcüstan - Belarus

Yarımfinal 2: Şimali Makedoniya - Kosovo

A və C qruplarında yarımfinal 2-ni keçən, B və D qruplarında yarımfinal 1-i keçən tərəf qrup finalı matçına ev sahibliyi edəcək.

Xatırladaq ki, AVRO-2020-nin 3 qrup mərhələsi oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm