"Qarabağ" Azərbaycan Premyer Liqasında ilk məğlubiyyətini yaşadı
Bizi izləyin

İdman

"Qarabağ" Azərbaycan Premyer Liqasında ilk məğlubiyyətini yaşadı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun 1 oyunu keçirilib.

Publika.az xəbər verir ki, çempionatın lideri "Qarabağ" Sumqayıtda bu şəhərin eyniadlı komandasının qonağı olub.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə "Qarabağ" bu mövsümdə ilk məğlubiyyətini yaşayıb. Buna baxmayaraq Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 27 xalla liderliyini davam etdirib. Xalını 17-ə çatdıran "Sumqayıt" isə 4-cü pillədə qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm