• USD 1,7000 0,00% EUR 1,8425 +0,05%
    • GBP 2,2174 +0,00% RUB 0,0267 -0,37%

Braziliya klubu “Libertadores” kubokunun qalibi oldu

Braziliya klubu “Libertadores” kubokunun qalibi oldu

Noyabrın 24-də futbol üzrə “Libertadores” kubokunun 2018-2019-cu il mövsümünün final oyunu keçirilib.

Publika.az xəbər verir ki, Perunun paytaxtı Limadakı “Monumental” stadionunda baş tutan qarşılaşmada sonuncu çempion - Argentinanın “River Pleyt” klubu ilə Braziliyanın “Flamenqo” komandası qarşılaşıb. Braziliya təmsilçisi matçın 14-cü dəqiqəsində Santos Borrenin qolu ilə hesabda geri düşsə də, 89-cu və 90+2-ci dəqiqələrdə Qabiqolun dublu sayəsində oyunda geri dönüş edərək kuboka sahib olub.

Bununla da “Flamenqo” tarixində ikinci dəfə “Libertadores” kubokunun qalibi adını qazanıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR