Prezidentin həbs olunmasını tələb etdi
Bizi izləyin

İdman

Prezidentin həbs olunmasını tələb etdi

Prezidentin həbs olunmasını tələb etdi

Braziliya yığmasının sabiq hücumçusu Romario Braziliya Futbol Konfederasiyasının prezidenti Joze Mariya Marini kəskin tənqid edib.

Publika.az xəbər verir ki, Romario pentakampeonların dünya çempionatının yarımfinalında Almaniya yığmasına 1:7 hesablı məğlubiyyətindən sonra prezidenti tənqidə tuş edib. Braziliya futbolunun əfsanəsi Marinin həbs olunmasını tələb edib:

"Biz böhran dövründəyik. Doğrudanmı insanlar düşünürlər ki, buna görə futbolçular və yığmanın məşqçisi Skolari günahkardır? Yox, belə deyil. Braziliyada futbol fərsiz maqnatların üzündən tənəzzül yaşayır. Axı onların hesabına milyonlar axıb tökülür. Bizim futbola belə insanların rəhbərlik etməsi xəcalət və biabırçılıqdı. Onlar həbsxanada olmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm