Bu foto həyatını dəyişdi – VİDEO
Bizi izləyin

İdman

Bu foto həyatını dəyişdi – VİDEO

Bu foto həyatını dəyişdi – VİDEO

Belçika yığmasının dünya çempionatında Argentinaya məğlub olmasına baxmayaraq, bu ölkənin azarkeşi Aksel Despigeler bir anda məşhurlaşıb.

Publika.az xəbər verir ki, 17 yaşlı Aksel Belçika-Rusiya matçı zamanı fotoqrafların diqqətindən yayınmayıb. Bundan sonra yeniyetmə qızın həyatı büsbütün dəyişib. Başında sarı, qırmızı, qara rəngli papaqla ölkəsini salamlayan Akselin fotoları bir çox qəzet və jurnalların üz qabığını bəzəyib.

Vətəninə qayıdan Aksel facebook sosial şəbəkəsində adına qrup yaradıldığını və onu 20 min insanın bəyəndiyini görüb. Bu azmış kimi L’Oreal şirkəti Aksellə müqaviləyə bağlayaraq, onu model kimi çalışmağa dəvət edib.

Aksel şirkətin saç məhsullarının reklam çarxında modellik edəcək. Müqavilənin məbləği açıqlanmır.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm