“Qızıl oğlan” mükafatının sahibi bilindi
Bizi izləyin

İdman

“Qızıl oğlan” mükafatının sahibi bilindi

Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatının sahibi bəlli olub.

İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafata İspaniya "Atletiko"sunda çıxış edən portuqaliyalı Joau Feliş layiq görülüb.

20 yaşlı hücumçu 332 səslə bütün rəqiblərini geridə qoyub. Almaniya "Borussiya"sında formasını geyinən ingiltərəli Ceydon Sanço (175 səs) ikinci, Almaniya "Bayer"indən Kay Haverts 75 səslə üçüncü olub.

Qeyd edək ki, səsvermənin qalibini Avropanın aparıcı idman nəşrlərinin jurnalistləri müəyyənləşdirib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm