“Mançester Yunayted” azarkeşlərinə pis xəbər
Bizi izləyin

İdman

“Mançester Yunayted” azarkeşlərinə pis xəbər

“Mançester Yunayted”in futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasının 15-ci turunda "Tottenhem"lə oyunu buraxacaq.

Publika.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ole Qunnar Sulşer məlumat verib. O, zədədən bərpası davam edən 26 yaşlı yarımmüdafiəçinin hələ oynamağa hazır olmadığını deyib: “Ona bir az vaxt lazımdır. Çox çalışır. Məşqdə onun necə olacağına baxacağıq”.

Qeyd edək ki, "Mançester Yunayted" - "Tottenhem" görüşü sabah keçiriləcək.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm