İdman
Qurban Qurbanov: "Bizi daha gərgin çempionat gözləyir"
"Bir xal qazandıq, bu il çempionatda son oyunumuz idi. Mövsümün birinci hissəsini lider kimi tamamladıq".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIV turunda evdə "Keşlə" ilə 2:2 hesablı heç-heçədən sonra söyləyib.
47 yaşlı mütəxəssisin sözlərinə görə, "Keşlə" yaxşı formalaşmış komandadır: "Qarşıda Avropa Liqasında "Düdelanj"la və Azərbaycan Kubokunun 1/4 finalında "Keşlə" ilə oyunlarımız var. Komanda həddindən artıq yüklənib. Bizi daha gərgin çempionat gözləyir. Biz və rəhbərlik komandanın yanında olacağıq. Onlar daha artığına layiq və qadirdilər".
Qurbanov qapıçı Asmir Beqoviçin ehtiyatda saxlamasına da aydınlıq gətirib: "İlin sonunda icarə müqaviləsi başa çatır. Bizdən asılı olanı edəcəyik ki, qalsın. Özü də qalmaq istəyir. Şəhəri, komandanı bəyənir. Qapıçı mövqeyi ilə bağlı əvvələr də rotasiyalar olub. Filip Ozobiç komanda ilə məşqlərə başlayıb. İmkan olsa, qarşıdakı matçlarda şans verəcəm".
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO