"Qarabağ" "Düdelanj"la heç-heçə etdi - YENİLƏNDİ
Bizi izləyin

İdman

"Qarabağ" "Düdelanj"la heç-heçə etdi - YENİLƏNDİ

Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirib.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun "Düdelanj" komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qalib müəyyənləşməyib - 1:1.

Baş məşqçi Qurban Qurbanov "Düdelanj"ı səfərdə 4:1 hesabı ilə məğlub etdikləri matçla müqayisədə start heyətində 2 dəyişiklik edib. Qapıda Asmir Beqoviçi Şahrudin Məhəmmədəliyev, orta xətdə isə Riçard Almeydanı İsmayıl İbrahimli əvəzləyib.

***

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən “Qarabağ” - “Düdelanj” oyunu başlayıb.

Publika.az xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən görüşü Estoniyadan olan hakimlər briqadası idarə edir.

***

Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:55-də start götürəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, VI tur

21:55. “Qarabağ” (Azərbaycan) - “Düdelanj” (Lüksemburq)

Baş hakim: Kristo Tohver

Oxumağa davam et
Reklam
Reklam

Gündəm