Pompeodan türk futbolçuya dəstək: uyğur türklərinə görə... - FOTO
Bizi izləyin

İdman

Pompeodan türk futbolçuya dəstək: uyğur türklərinə görə... - FOTO

“Arsenal”ın türk əsilli futbolçusu Mesut Özilin sosial mediada Çində yaşayan uyğurların təzyiqə məruz qalmasını təndiq etməsinə ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeodan dəstək gəlib.

Publika.az xəbər verir ki, Pompeo tvitterdə “Çin Kommunist Partiyasının təxribatçı mediası Mesut Özil və “Aresnal”ın bumövsümkü matçlarına qadağa qoya bilər. Amma gerçəklər hər zaman qazanacaq” sözlərini yazıb.

Çini insan haqlarını pozmaqda ittiham edən Pompeo mesajında Kommunist Partiyasının uyğurlar və digər dini inanclara sahib olanlara qarşı təzyiqini gizləyə bilməyəcəyini bildirib.

Qeyd edək ki, Mesut Özil 13 dekabrda instaqram hesabından türk dilində Çindəki müsəlman uyğurlara təzyiq edildiyini yazmış, “Quranlar yandırılır, məscidlər bağlanır, mədrəsələr qadağan edilir, din alimləri bir-bir öldürülür. Bütün bunlara rəğmən, ümməti-Məhəmməd susqun, səsi çıxmır” sözləri ilə müsəlman dövlətləri bu təzyiqlərə cavab verməməklə tənqid etmişdi.

Bundan sonra Çin dövlət televiziyası CCTV Özilin formasını geyindiyi “Arsenal” ilə “Mançester Siti” matçını yayımlamamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm