Məhəmməd Salah ilin ən yaxşıları sırasında
Bizi izləyin

İdman

Məhəmməd Salah ilin ən yaxşıları sırasında

Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası "Globe Soccer Awards- 2019" mükafatına son namizədləri açıqlayıb.

Publika.az xəbər verir ki, ilin futbolçusu nominasiyası üzrə namizədlər siyahısında Kriştiano Ronaldo ("Yuventus"), Lionel Messi ("Barselona"), Vircil van Deyk, Məhəmməd Salah (hər ikisi "Liverpul") yer alıb.

İlin məşqçisi adı uğrunda Yürgen Klopp ("Liverpul"), Erik Ten Haq ("Ayaks") və Fernando Santos (Portuqaliya yığması) mübarizə aparacaq.

2019-cu ilin klubu nominasiyasında namizədlər "Liverpul", "Ayaks" və "Lion"ur.

İlin ən yaxşı kəşfi olmağa finalçılar sırasında Ansu Fati ("Barselona"),Erlinq Haland ("Zalsburq"), Ceydon Sanço ("Borussiya" Dortmund) və Joao Feliks ("Atletiko") yer alıb.

Qeyd edək ki, qaliblər dekabrın 29-da Dubayda keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm