Lənətlənmiş stadionun sirri – Kor olanların gözünə işıq gəlir
Bizi izləyin

İdman

Lənətlənmiş stadionun sirri – Kor olanların gözünə işıq gəlir

Lənətlənmiş stadionun sirri – Kor olanların gözünə işıq gəlir

Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən “Marakana” stadionu dünyanən əfsanəvi arenası hesab olunur.

Lakin çox az adam onun şan-şöhrətindən xəbərdardır. Adətən, stadionlar öz tarixinə görə əfsanəvi olur.

Publika.az dünyanın ən möhtəşəm stadionunun çox az adama məlum olan sirrini təqdim edir.

Heç bir idman hadisəsi Braziliya-Uruqvay yığmaları arasında keçirilən oyundakı kimi çoxsaylı tamaşaçı yığmayıb. 1950-ci il ilin iyul ayında keçirilən oyunda “Marakana” stadionuna 199 854 azarkeş toplaşıb. Azarkeşlər Braziliyanın qələbə qazanacağına o dərəcədə əmin olub ki, oyundan öncə qələbəni qeyd edərək bayram keçirdib. Bütün ölkə Zizinyo və komandasının mundialda qələbə qazanacağından əmin idi. Braziliyanın məğlub olacağını isə heç zarafatla da dilə gətirmirdilər. Belə bir şey heç kimin ağlına da gələ bilməzdi .

Biz tez-tez stadion “ağzına kimi dolu” idi kəlməsindən istifadə edirik. Sözün əsil mənasında 1950-ci ilin dünya çempionatında “Marakana” tamamilə dolu olub.

Final matçının 47-ci dəqiqəsində Frias Braziliya yığmasını heasbda irəli çıxarır. Bu zaman xoşbəxtlik o qədər sərhədsiz olur ki, hətta doğuşdan kor olanların gözünə işıq gəlir. Lakin 66-cı və 79-cu dəqiqələrdə uruqvaylılar iki top vuraraq oyunun axarını dəyişir. Ev sahiblərinin sanki dənizdə gəmiləri batır.

İngilis hakim final fitini səsləndirəndə bütün stadion şokda olub. Braziliyada intiharların sayı artmağa başlayır. Bu oyun uzun zaman mətbuatda müzakirə olunub.

FİFA-ın prezidenti Jül Rime nitqini portuqal dilində hazırlamışdı, lakin uruqvaylıların qələbəsindən sonra çıxış etmədi. Matçdan sonra stadionda nə musiqi, nə də təltifetmə mərasimi oldu. Həmin vaxt Braziliya futbolçuları üçün 22 dəst medal hazırlanmışdı. Qələbə qolunun müəllifi uruqvaylı Gica müsahibəsində deyib: “Matçdan sonra elə sakitlik yarandı ki, yanımda milçək uçsaydı eşidə bilərdim”.

Həmin gün meydanda olna braziliyalı futbolçularən əksəriyyəti bir daha milli komandaya dəvət olunmadı. Qapıçı Barboz isə harada olmasından asılı olmayaraq fitə basılırdı. Bədbəxtçilik gətirən Braziliya yığmasının formasını ləğv edib əvəzində bu günədək istifadə olunan formadan istifadə etməyə başladılar.

Biz isə burada “Marakana” stadionun əsas sirrinə yaxınlaşırıq. Hətta braziliyalılardan da cox az adam bilir ki, məhz bu qarşılaşmadan sonra stadionu Uruqvayın bayrağının rənglərinə uyğun boyayıblar.

Əfsanəyə görə “Marakana” hər zaman bu rəngdə olmayacaq. Ölkənin əsas stadionunun Braziliya bayrağının rəngində bəzədilməsi üçün bir hadisə baş verməlidir. Hər şey çox sadədir-Braziliya “Marakana” stadionunda futbol üzrə dünya çempionatında qalib gəlməlidir.

Braziliyalılar üçün bu ağır finaldan 64 il ötür. “Marakana”ın son yenidənqurma işləri zamanı stadionun fasadından mavi rəng yığışdırıldı. Lakin arenanın rənglənməsinə hələ qərar verilməyib. İndi stadion tamamilə ağ rəngə boyanıb. Braziliyalılar stadionun rənglənməsinə “Marakana”da dünya çempionluğunu bayram etdikdən sonra başlayacaqdılar.

Almaniyaya 1:7 hesablı məğlubiyyət olmasaydı…

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm