Messiyə dopinq şoku - FOTO
Bizi izləyin

İdman

Messiyə dopinq şoku - FOTO

Messiyə dopinq şoku - FOTO

Dünya çempionatının yarımfinalında keçirilən Hollandiya ilə oyundan sonra Argentina millisinin lideri Messi xoş olmayan sürprizlə qarşılaşıb.

Publika.az-ın verdiyi xəbərə görə, FİFA nümayəndələri paltardəyişmə otağında final sevinci yaşayan Messini dopinq testinə aparıblar. Messi yoxlama zamanı çəkilən fotosunu “instagram”-da paylaşıb. Ulduz futbolçu fotoya maraqlı rəy bildirib:

“Dopinq testi bu dəfə məni tutdu. Komanda yoldaşlarımla final sevincini yaşaya bilmədim. Bu komandanın bir parçası olduğum üçün fəxr edirəm. Hamınız fenomensiniz. Artıq finaldayıq. Dadını çıxaraq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm