Messi "2019-cu ilin ən yaxşı futbolçusu" seçildi
Bizi izləyin

İdman

Messi "2019-cu ilin ən yaxşı futbolçusu" seçildi

"The Guardian" nəşri Lionel Messini "2019-cu ilin ən yaxşı futbolçusu" adlandırıb.

Publika.az xəbər verir ki, Britaniyanın nüfuzlu nəşri ilin ən yaxşı 100 futbolçusunun siyahısını dərc edib.

Siyahıya liderliyi "Barselona" ulduzu Messi edir.

İkinci pillədə "Liverpul"un müdafiəçisi Vircil van Deyk qərarlaşıb. Üçüncü yer eyni komandanın yarımmüdafiəçisi Sadio Maneyə məxsusdur.

"Yuventus"lu ulduz Kriştiano Ronaldo isə 4-cü pillədədir.

İlk onluğa eyni zamanda Məhəmməd Salah ("Liverpul"), Kilian Mbappe ("PSJ"), Robert Levandovski ("Bavariya"), Rahim Sterlinq ("Mançester Siti"), Alison Beker ("Liverpul") və Frenki de Yonq ("Barselona") daxil olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm