Jurnalistlərdən qaçdılar, pul cəzası aldılar
Bizi izləyin

İdman

Jurnalistlərdən qaçdılar, pul cəzası aldılar

Jurnalistlərdən qaçdılar, pul cəzası aldılar

Argentina Futbol Federasiyasına (AFF) maliyyə cəzası tətbiq edilib.

Publika.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Ali qurumun İntizam Komitəsinin qərarı ilə federasiyaya 300 min İsveçrə frankı (təqribən 247 min avro) məbləğində pul cəzası verilib.

Buna Argentina millisinin üzvlərinin DÇ-2014-ün reqlamentini kobud şəkildə pozması səbəb olub. Belə ki, mundialın dörd oyunundan əvvəl Argentina millisi mətbuat konfransında yalnız baş məşqçi səviyyəsində təmsil olunub. Qaydalara görə, baş məşqçi ilə yanaşı, millinin ən azı bir futbolçusu tədbirdə iştirak etməliydi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm