“Mançester Yunayted" sonuncu pillədəki komandaya uduzdu
Bizi izləyin

İdman

“Mançester Yunayted" sonuncu pillədəki komandaya uduzdu

İngiltərənin ən titullu komandalarından olan "Mançester Yunayted" uğursuzluq zolağından çıxa bilmir.

Publika.az xəbər verir ki, bu gün İngiltərə Premyer Liqasının 18-ci turunun növbəti oyunları keçirilib və “Mançester Yunayted” səfərdə sonuncu yerdə qərarlaşan “Uotford” komandasının qonağı olub.

Görüş Uotford təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində İsmayil Sar və Diniy Troy fərqləniblər.

Bu mövsüm beşinci məğlubiyyətini yaşayan “Mançester Yunayted” 25 xalla 8-ci yerdə qərarlaşıb.

“Uotford” isə 12 xalla sonuncu - 20-ci yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm