Azərbaycan “bankirlər”i 104 yaşlı qocaya qarşı
Bizi izləyin

İdman

Azərbaycan “bankirlər”i 104 yaşlı qocaya qarşı

Azərbaycan “bankirlər”i 104 yaşlı qocaya qarşı

Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Tiraspol" klubunu mübarizədən kənarlaşdıran (3:2, 3:1) "Bankirlər”in növbəti rəqibi İsveç "Elfsborq"u olacaq.

Publika.az Bakı klubunun rəqibi barədə məlumatı təqdim edir.

"Elfsborq" klubu 1904-cü ilin 26 iyununda yaradılıb. İsveçin Boras şəhərində qurulan komanda "Fotbollslaq" adı ilə fəaliyyətə başlayıb.

"İnter"in rəqibi tarixi ərzində 6 dəfə İsveç çempionluğunu (1935-36, 1938-39, 1939-40, 1961, 2006, 2012), 3 dəfə ölkə kubokunu (2001, 2003, 2013-2014) və bir dəfə Superkubokunu (2007) qazanıb. Ötən mövsümü "Allsvenskan"ın 6-cı pilləsini tutan komanda ölkə kubokuna sahib çıxaraq Avropa Liqasına vəsiqə əldə edib.

Boras təmsilçisi hazırda davam edən yeni mövsümün 13 turundan sonra 4-cü pillədə qərarlaşıb. 13 oyun keçirən "Elfsborq" 7 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə məğlub olub (top fərqi - 19:11). Aktivində 24 xal olan komanda lider "Malmö"dən 6 xal geri qalır.

"Elfsborq" UEFA-nın klub reytinqində 145-ci pilləni tutur. Komandanın aktivində 9.265 xal var. Maraq üçün qeyd edək ki, bu siyahıda 280-ci olan "İnter" 3.775 xal toplaya bilib.

"İnter"in rəqibinə Klas İnqesson başçılıq edir. O, 2013-cü ildən bu komandanı çalışdırır. "Elfsorq" 45 yaşlı isveçli mütəxəssisin baş məşqçi kimi ilk iş yeridi.

"Elfsorq"un bəzi futbolçuları İsveç yığmasına çağırılır. Komandanın heyətində Danimarka, Norveç və Livandan 4 legioner çıxış edir.

Komandanın kapitanı bu ildən İsveç yığmasına çağırılan Yohan Larssondu. 24 yaşlı müdafiəçi "Elfsborq"un yetirməsidi və 2010-cu ildən əsas heyətdə çıxış edir. Vitse-kapitan funksiyasını İsveç millisində 148 oyun keçirərək, 21 qol vurmuş Anders Svensson yerinə yetirir. O, 2005-ci ildən "Elfsborq"un uğurları üçün çalışır.

"İnter"in rəqibi ev oyunlarını "Boras Arena"da keçirir. 17800 azarkeş tutumuna malik stadionun tikintisi 2003-cü ilin 13 dekabrında başlayıb və açılış mərasimi 2005-ci ilin 17 aprelində keçirilib. Bu stadionda "Elfsborq"la yanaşı, 2-ci liqa klubu "Norrbi" də ev oyunlarını keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm