Vidal 6 milyon qazanacaq
Bizi izləyin

İdman

Vidal 6 milyon qazanacaq

“İnter” “Barselona”nın 32 yaşlı çilili futbolçusu Artura Vidalla müqaviləni razılaşdırıb.

Publika.az xəbər verir ki, onunla 2022-ci ilin yayına kimi müqavilə bağlanacaq. Klublar arasında da maddi məsələdə tam razılıq əldə ediləndən sonra Vidal “İnter”in oyunçusu olacaq. Qışda İtaliya klubuna keçəcək futbolçu bu mövsümün sonuna kimi 4,5 milyon, sonrakı hər il üçün isə 6 milyon avro qazanacaq.

Qeyd edək ki, “Barselona” bu transferə görə 20 milyon avro təzminat istəyir. “İnter” isə Vidalı sonradan birdəfəlik almaqla 12 milyon avro təklif edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm