Mourinyo sarı vərəqə alması barədə: "Kobudluq etdim"
Bizi izləyin

İdman

Mourinyo sarı vərəqə alması barədə: "Kobudluq etdim"

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 21-ci turunda bu gün “Southempton”la səfər oyununda sarı vərəqə ilə cəzalandırılıb.

Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssis matçın sonuna yaxın rəqib komandanın texniki zonasına gedərək “Southempton”un baş məşqçisi Ralf Hazenxyuttlın taktiki qeydlərini etdiyini dəftərçəyə baxıb. Görüşün baş hakimi isə texniki zona qaydasını pozduğu üçün ona sarı vərəqə göztərib.

Mourinyo 0:1 hesabı ilə uduzduqları görüşdə sonra sözügedən epizodu şərh edib. O, hərəkətini axmaqlıq adlandırıb: “Kobudluq etdim, amma bu axmaq kobudluq idi. Mən sarı vərəqəyə layiq idim. Oradakı oğlana (“Southempton”un məşçilərindən birini nəzərdə tutur – red.) pis söz dedim”./Qol.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm