PSJ ÇL-in qalibi olsa, Neymar...
Bizi izləyin

İdman

PSJ ÇL-in qalibi olsa, Neymar...

PSJ-nin futbolçusu Neymar Paris klubunda qala bilər.

Publika.az "L’Équipe"yə istinadən xəbər verir ki, bunun komandanın Çempionlar Liqasının qalibi olacağı təqdirdə, gerçəkləşəcəyi bildirilib. 27 yaşlı hücumçuya yaxın mənbə qəzetə açıqlamasında deyib:

"Neymar böyük uğurlar qazanmaq istəyir. Çempionlar Liqasında "Mançester Yunayted"ə məğlubiyyətdən sonra o düşünürdü ki, PSJ-nin turnirin kubokunu qazanmaq şansı yoxdur. Bu gün isə Neymar hesab edir ki, bu durumu dəyişə bilər. O, Mbappe ilə münasibətləri qaydaya saldı və tamamilə öz işinə köklənib. Onlar bilirlər ki, birgə istənilən rəqibi məğlub etmək gücünə sahibdirlər. Əgər mövsümü əla keçirsələr,Çempionlar Liqasının qalibi olsalar, onda Neymar komandada qalmaq istəyəcək".

Qeyd edək ki, Neymar bu mövsüm Fransa Liqasında 10 matçda 8 qol vurub, 4 qolun ötürməsini verib./Qol.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm