Futbol meydanında dava-dalaş – POLİS ATƏŞ AÇDI
Bizi izləyin

İdman

Futbol meydanında dava-dalaş – POLİS ATƏŞ AÇDI

Bu gün Türkiyənin Çankrı bölgəsində iki həvəskar futbol klubu olan Yapraklı və Kurşunlu bələdiyyə komandaları arasında keçirilən oyunda dava-dalaş olub.

Publika.az xəbər verir ki, oyun zamanı futbolçular arasında foul səbəbindən narazılıq yaranıb. Mübahisə qısa vaxtda münaqişəyə çevrilib və əlbəyaxa dava düşüb.

Bu zaman tərəfləri sakitləşdirə bilməyən məşqçilər polis çağırıb. Polis havaya atəş açmaq məcburiyyətində qalıb. Yalnız atəş səsindən sonra dalaşan tərəfləri sakitləşdirmək mümkün olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm