İspaniya super kubokunun ilk finalçısı müəyyənləşdi
Bizi izləyin

İdman

İspaniya super kubokunun ilk finalçısı müəyyənləşdi

İspaniya super kubokunun ilk yarımfinal oyunu keçirilib.

Publika.az xəbər verir ki, ilk oyunda “Valensiya” və “Real Madrid” komandaları üz-üzə gəlib.

Ciddə şəhərindəki “Kinq Abdullah Sports City” stadionunda keçirilən görüşdə Madrid təmsilçisi 3:1 hesab ilə qələbə qazanıb. Toni Kros, İsko və Luka Modriç fərqləniblər.

“Valensiya”nın isə yeganə qolunun müəllifi Daniel Parexo olub. Bu qələbə “Real Madrid”i finala yüksəldib.

Digər yarımfinal görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da “Barselona” və “Atletiko Madrid” klubları arasında baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm