İspaniya superkubokunun ikinci finalçısı müəyyənləşdi
Bizi izləyin

İdman

İspaniya superkubokunun ikinci finalçısı müəyyənləşdi

İspaniya Superkubokunun ikinci yarımfinal oyunu keçirilib.

Publika.az xəbər verir ki, ikinci oyunda “Barselona” və “Atletiko Madrid” komandaları üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kinq Abdullah Sports City” stadionunda keçirilən görüşdə Madrid təmsilçisi 3:2 hesab ilə qələbə qazanıb.

Oyunda hər beş qol ikinci hissədə vurulub.

Görüşün 46-cı dəqiqəsində Koke “Atletiko”nu hesabda önə keçirib - 0:1. Qoldan beş dəqiqə sonra Lionel Messi hesabı bərabərləşdirib - 1:1. Matçın 62-ci dəqiqəsində Antuan Qrizman köhnə komandasının qapısına yol taparaq “Barselona”nı hesabda irəli çıxardıb - 2:1.

Qarşılaşmanın 81-ci və 86-cı dəqiqələrində Madrid təmsilçisi ardıcıl iki qol vuraraq İspaniya Superkubokunun finalına yüksəlib. Alvari Moratta və Anxel Korea fərqləniblər.

Yanvarın 12-də Madridlilər finalda “Real Madrid” klubu ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm