Erotik videosu yayılan baş məşqçi qovuldu
Bizi izləyin

İdman

Erotik videosu yayılan baş məşqçi qovuldu

"Malaqa" baş məşqçisi Viktor Sançeslə yollarını ayırıb.

Publika.az xəbər verir ki, buna çalışdırıcının internetdə yayılan qeyri-etik videosu səbəb olub.

İnternet istifadəçilərindən biri Sançesin şəxsi messencerindən məşqçinin cinsiyyət orqanını göstərdiyi videonu sosial şəbəkələrdə yayıb.

Nəticədə klub rəhbərliyi mütəxəssisin komandadan kənarlaşdırılmasına qərar verib: "Klub bütün gücünü səfərbər etdi ki, məsələni dostluq çərçivəsində danışıqlar yolu ilə həll etsin. Bütün səylərimizə baxmayaraq, buna nail ola bilmədik. Klub bu qərarı məşqçinin idmanla əlaqəli olmayan hadisə nəticəsində "Malaqa"ya vurduğu ciddi ziyanı nəzərə alaraq qəbul etdi".

Qeyd edək ki, Sequndada mübarizə aparan "Malaqa" 22 turdan sonra 23 xalla 16-cı pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm