"Barselona"nın yeni baş məşqçisi bu şəxs olacaq
Bizi izləyin

İdman

"Barselona"nın yeni baş məşqçisi bu şəxs olacaq

Qətər "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandes "Barselona"nın sükanı arxasına keçəcəyi ilə bağlı yayılan xəbərlərə ilk dəfə reaksiya verib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc mütəxəssis sabiq komandası ilə danışıq apardığını təsdiqləyib:

"Bunu gizlədə bilmərəm. "Barselona"nı çalışdırmaq mənim xəyalımdır. Hamı bilir ki, qəlbimin dərinliklərində bu komanda var. Amma hazırda əsas diqqətim "Əl Sədd" klubundadır.

Abidal mənim dostumdur. Onunla bir neçə dəfə görüşmüşük. "Barselona"ya, Valverdeyə hörmət etmək lazımdır. Ona görə də aramızda nə danışdığımızı açıqlamayacam. Burada öz işimi görürəm. Kubokda finala çıxmışıq. "Əl Sədd"ı çalışdırdığım üçün şadam".

Qətər mətbuatı isə Xavinin "Barselona" ilə 2,5 illik müqavilə imzalayacağını yazıb. Təyinat baş tutsa, veteran futbolçu 17 il formasını geyindiyi komandaya 4 il yarımdan sonra məşqçi kimi geri qayıdacaq.

"Barselona" rəhbərliyi İspaniya Superkubokunda "Atletiko"ya 2:3 hesablı məğlubiyyətdən sonra Valverde ilə yolları ayırmağa hazırlaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm