Bu gün kim təsəlli tapacaq?
Bizi izləyin

İdman

Bu gün kim təsəlli tapacaq?

Bu gün kim təsəlli tapacaq?

Braziliyada keçirilən dünya çempionatı sona yaxınlaşır.

Publika.az xəbər verir ki, bu gün 3-cü yer uğrunda qarşılaşma keçiriləcək. Yarımfinalda məğlub olan komandalar – Braziliya və Hollandiya təsəlli tapmaq üçün bürünc medalı qazanmağa cəhd edəcək.

Sözsüz ki, yarımfinalda məğlub olan komandalarda əhval-ruhiyyə, psixoloji durum qaydasında olmur. Braziliya cəbhəsində isə bu yöndə vəziyyət daha ağırdır. Yarımfinalda Almaniyadan alınan 1:7 hesablı məğlubiyyət nəinki futbolçuları, bütün ölkəni depressiyaya salıb. Baxmayaraq ki, Braziliyanın baş məşqçisi Skolari futbolçuların psixoloji durumunun 75 faiz qaydasına düşdüyünü bildirib.

Təbii ki, bürünc medal da braziliyalıların dərdinə dərman olmayacaq. Braziliyalılar ölkədə keçirilən mundialdan ancaq və ancaq çempionluq gözləyirdi.

Hollandiyanın baş məşqçisi Lui van Qal da maraqlı açıqlama ilə yadda qalıb. O, 3-cü yer uğrunda keçirilən görüşün heç kimə lazım olmadığını bildirib.

Komandalar indiyə qədər 11 dəfə qarşılaşıb. 3 oyunda Braziliya, 3 qarşılaşmada isə Hollandiya qalib gəlib. 5 matç bərabərliklə yekunlaşıb. Topların nisbətində də tarazlıq var – 15-15.

3-cü yer uğrunda oyun

12 iyul

01.00 Braziliya – Hollandiya

Hakim: Camal Haymudi (Əlcəzair)

Brazilia. Milli stadion.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm