"Neftçi" ilk yoxlama oyununda böyük hesabla məğlub oldu
Bizi izləyin

İdman

"Neftçi" ilk yoxlama oyununda böyük hesabla məğlub oldu

Türkiyənin Antalya bölgəsində "Neftçi" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Publika.az-ın məlumatına görə, Roberto Bordinin baş məşqçi olduğu komanda "Polşa"nın "LKS Lodz" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Neftçi" yanvarın 20-də Ukraynanın "Dinamo" (Kiyev) 4 gün sonra isə bu ölkənin digər təmsilçisi "Desna" ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm