İki cüdoçumuz Qran-Pridə mübarizəni DAYANDIRDI
Bizi izləyin

İdman

İki cüdoçumuz Qran-Pridə mübarizəni DAYANDIRDI

İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə turniri davam edir.

Publika.az-ın məlumatına görə, ikinci yarış günündə Azərbaycanın iki təmsilçisi mübarizə aparıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev ilk görüşündə ispaniyalı Salvador Kases Roça ilə bacarmayıb. 81 kq çəkidə yarışan Hidayət Heydərov isə macarıstanlı Atilla Unqvariyə məğlub olaraq çıxışlarını erkən başa vurub.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 4-ü kişi və 5-i qadın olmaqla 9 cüdoçusu mübarizəyə qoşulsa da, heç biri medal qazana bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm