İdman
Çempionlar Liqasının finalı Azərbaycanda KEÇİRİLƏ BİLƏR
"AVRO-2020-nin Bakıda keçirilməsi ilə bağlı işlərə başlanılıb. Hazırda təşkilat mərhələsindəyik. 2020 könüllü qeydiyyata alınıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2020-ci ili "Könüllülər ili" elan edib. Bu, könüllülər üçün böyük hədiyyə və motivasiya oldu. Azərbaycanda könüllülər hərəkatı neçə ildir ki, inkişaf edir. Hər il könüllülərin sayı artır. Gənclərimiz sosial layihələrdə iştirak edirlər. Könüllülər Avropa çempionatına hazırlaşmağa başlayıblar. Biz də hazırlığa belə bir əyləncəli tədbirlə başladıq".
Publika.az-ın məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov AVRO-2020 Bakı Könüllülük Proqramının açılış tədbirində jurnalistlərə açıqlamasında deyib.
Federasiya rəsmisi AVRO-2020 ilə bağlı dövlət qurumları ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb:
"Avropa Liqasının finalında böyük təcrübə qazandıq. Bu təcrübəni tətbiq edəcəyik. Bu tədbirlərdə və yarışlarda könüllülərin dəstəyi böyükdür. Bu, bizim üçün çox önəmlidir. Gənclərimiz Azərbaycanda keçirilən idman tədbirlərində daim bizim yanımızdadırlar. Ona görə də futbol ailəsinin adından könüllülərə təşəkkürümüzü bildiririk".
E.Məmmədov Çempionlar Liqası finalının Azərbaycanda keçirilməsinə münasibət bildirib:
"Gələcəkdə Çempionlar Liqasının finalı Bakıda ola bilər. Artıq son illərdir ki, Bakı idman şəhərinə çevrilib. Paytaxtda dünya və Avropa çempionatları da təşkil olunur. Futbol da ən böyük idman növüdür. Avropa Liqasının finalını uğurlu keçirdik. Ümid edirəm ki, Avropa çempionatındakı 4 matçı da uğurla təşkil edəcəyik. Çempionlar Liqasının finalına niyə ev sahibliyi etməyək?”
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?