İsveçrənin qarlı zirvələrində “Odlar Yurdu”nun hərarəti tamaşaçıları heyran etdi - FOTOLAR
Bizi izləyin

İdman

İsveçrənin qarlı zirvələrində “Odlar Yurdu”nun hərarəti tamaşaçıları heyran etdi - FOTOLAR

İsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə Dünya Kuboku turniri başa çatıb.

Publika.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çempionatda iştirak edən “Land of Fire” komandası Avropa tamaşaçılarına Polonun vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsunkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı, güclü idmançılar diyarı olmasını nümayiş etdirib.

25 yanvar 2020-ci il tarixində Azərbaycan komandası “St. Moritz” komandası ilə qarşılaşıb. Çox gərgin şəraitdə keçən görüşdə təmsil­çimiz böyük qələbə əzmi nümayiş etdirib və rəqib idmançıların şiddətli müqa­viməti ilə üzləşib. Qarşılaşmanın yekunu olaraq “Land of Fire” komandası finala vəsiqə qazanıb.

Günün ikinci oyununda “Mazerati” komandası “Badrutt’s Palace Hotel” komandasına qalib gəlib.

Proqrama uyğun olaraq 26 yanvarda turnirin üçüncüsünün müəyyən olunması üçün “Mazerati” və “Badrutt’s Pa­lace Hotel” komandaları qarşılaşıb. Bu görüşdə “Mazerati” ko­mandası öz rəqibindən üstün olub.

Ölkəmizi təmsil edən “Land of Fire” komandası final görüşündə turnirin ən güclü komandası sayılan “St. Moritz” ilə qarşılaşıb. Gərgin və kompromissiz mübarizə şə­raitində keçən qarşılaşma rəqibin qələbəsi ilə ye­kunlaşıb. Beləliklə də, təmsilçimiz turnirin ikincisi olub.

Final görüşündən sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Eyni zamanda, turnirin ən yaxşı oyunçusu, ən yaxşı ko­mandası və ən yaxşı atı nominasiyaları üzrə mükafatlar və hədiyyələr təqdim olunub.

Beynəlxalq Polo Federasiyasının təşki­latçılığı ilə “13-cü Polo üzrə Avropa Çempionatı” 10-20 sentyabrda Bakı şəhərində baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm