İdman
Avropa Liqasının Bakı finalından əldə edilən GƏLİR AÇIQLANDI
2019-cu il mayın 20-da Bakı Olimpiya Stadionunda keçirilmiş UEFA Avropa Liqasının final matçı ilə əlaqədar Azərbaycana birbaşa 175 milyon manat nağd vəsait daxil olub.
Publika.az-ın AFFA-nın 2019-cu il hesabatına istinadən verdiyi məlumata görə, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamaları əsasında müəyyənləşib. Bildirilir ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı görüşün təşkilindən 680 milyon manat iqtisadi qazanc götürülüb.
Görüşün keçirilməsi üçün isə vergilər də daxil olmaqla 13 milyon 333 min 491 manat xərclənib. Bu məbləğ Azərbaycan Respublikasının dövlət büdcəsindən Maliyyə Nazirliyinin ayırdığı vəsait və AFFA-dan ayırmalar hesabına formalaşıb. Maliyyə Nazirliyindən 11 milyon manat, AFFA-dan 2 milyon 333 min 491 manat ayrılaraq layihənin büdcəsinin formalaşmasına yönəldilib.
Qeyd edək ki, final matçında "Çelsi" "Arsenal"a 4:1 hesabı ilə qalib gəlib.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO