"Qarabağ" "Fənərbaxça"nın futbolçusunu alır
Bizi izləyin

İdman

"Qarabağ" "Fənərbaxça"nın futbolçusunu alır

"Fənərbaxça" klubunun futbolçusu Alper Potuk karyerasını Azərbaycanda davam etdirə bilər.

Publika.az "Milliyet"-ə istinadən xəbər verir ki, Azərbaycanın "Qarabağ" klubu 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa hazırlaşır.

Tərəflər arasında aparılan danışıqlarda bəzi məsələlərdə razılıq əldə olunduğu bildirilir.

Qəzetin məlumatına görə, Ağdam təmsilçisi bu transferi gerçəkləşdirmək üçün təzminat haqqını ödəyə bilmədiyindən türkiyəli futbolçunu icarəyə götürmək istəyir.

"Fənərbaxça" Alperi "Rizəspor"a icarəyə vermək istəsə də, futbolçunun "Qarabağ"da oynamaq istədiyi qeyd olunub.

Qeyd edək ki, 2013-cü ildən "Fənərbaxça"da çıxış edən Alper Potuk keçirdiyi 152 oyunda 12 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm