İdman
Namiq Əliyev ölən güləşçidən DANIŞDI
Bu gün Olimpiya Güləş Mərkəzində baş tutan açıq məşqdən sonra Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, qurumun rəhbəri qarşıdakı yarışlarla bağlı bunları deyib:
“Gördüyünüz kimi, heyətin yarısı əsas üzvlərdirsə, digər hissəsi gənc güləşçilərdən formalaşıb. Heyətdə yeni simalar var. Bizim üçün əsas olimpiya çəkiləridir. Bu kateqoriyalarda çıxış edən bəzi aparıcı güləşçilərimizi martda Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turniri üçün qoruyuruq. Onlar həmin yarışa hazırlaşır. Avropa çempionatı isə reytinq xalları üçün önəm kəsb edir. İnşallah, komandamız uğurlu çıxış edər. Reytinq önəmlidir. Ona görə də bütün olimpiya çəkilərində çoxlu xal yığmaq lazımdır. Hesab edirəm ki, qitə birinciliyində kifayət qədər medalımız olacaq. Həmişə Avropa çempionatında uğurlu çıxış edirik. Ancaq əsas hədəfimiz bu yarış deyil. Qitə birinciliyinə hazırlıq turniri kimi yanaşırıq. Əsas hədəfimiz martdakı lisenziya turniridir. Bu məqsədlə güləşçilərimiz ayın ortalarında Kislovodskda təlim-məşq toplanışına başlayacaq.
Zədə ehtimalına gəlincə, bu, idmandır. İdmançı təkcə yarışda yox, məşqdə də zədələnə bilər. Bəzi idmançılar zədəyə, bəziləri də çəki məsələsinə görə Avropa çempionatını buraxır. Çəki ilə bağlı problemi olmayanlar qitə birinciliyinə qatılır. Komandaların vitaminlə tam təminatı da zədələnmə risklərini əhəmiyyətli dərəcədə azaldır. İnşallah, qarşıdakı yarışda heç bir güləşçimiz zədələnməz.
AGF-nin başçısı bir neçə gün əvvəl dünyasını dəyişən sərbəst güləşçi Ruslan Surxayev haqqında da danışıb:
“Ruslan bir neçə il əvvəl güləşdən uzaqlaşmışdı. Onun haqqında məlumatımız yox idi. Çox perspektivli güləşçi idi. Təəssüf ki, güləşi çox tez atdı. Bədbəxt hadisədən sonra ailəsi ilə əlaqə saxladıq. Bu hadisə hər insanın başına gələ bilər. Allah rəhmət eləsin”.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK