Ən böyük xəyalını gerçəkləşdirdi
Bizi izləyin

İdman

Ən böyük xəyalını gerçəkləşdirdi

Ən böyük xəyalını gerçəkləşdirdi

Dünya çempionatının finalında yeganə qolu vuraraq Almaniyaya çempionluq qazandıran Mario Qötze mətbuata açıqlama verib.

Publika.az xəbər verir ki, o, açıqlamasında xəyallarını gerçəkləşdirdiyini deyib:

“Komandamın qələbə qolunu vurduğum üçün çox sevinirəm. Həmin epizodda, sadəcə, topa vurdum və qol oldu. Ən böyük xəyallarımdan biri gerçəkləşdi. Braziliyada qazandığımız bu uğura görə komandamla qürur duyuram”.

Xatırladaq ki, finalda Qötzenin qolu sayəsində Argentinanı 1:0 hesabı ilə məğlub edən Almaniya millisi tarixində dördüncü dəfə dünya çempionu olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm