Daha bir idmançımız Avropa çempionatında medal qazandı - FOTO
Bizi izləyin

İdman

Daha bir idmançımız Avropa çempionatında medal qazandı - FOTO

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, çempionatda 60 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Murad Bazarov bürünc medal qazanıb.

Təmsilçimiz debütdə çətinliklə də olsa, İtaliya güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda məğlubiyyətdən qaça bilməyib. Ermənistan güləşçisi finala yüksəldiyi üçün M.Bazarov fevralın 12-də təsəlliverici görüşdə iştirak edib və bolqarıstanlı güləşçiyə vaxtından əvvəl qalib gəlib. Finlandiya təmsilçisinə də eyni aqibəti yaşadan yeniyetmələrin Olimpiya çempionu Avropa çempionatının bürünc medalına sahib olub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm