Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalında
Bizi izləyin

İdman

Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalında

Azərbaycanın qadın güləşçisi Elis Manolova İtaliyada keçirilən Avropa çempionatında finala yüksəlib.

Publika.az-ın məlumatına görə, 65 kq-da mübarizə aparan idmançı yarımfinal mərhələsində rusiyalı Mariya Kuznetsovaya 7:3 hesabı ilə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb.

Tatyana Omelçenko isə finala çıxmaq şansından yararlana bilməyib. Ukrayna təmsilçisi Yuliya Tkaça uduzan güləşçi sabah bürünc medal uğrunda yarışacaq.

Bu gün mübarizəyə qoşulan digər iki Azərbaycan güləşçisi Tatyana Varansova (53 kq) və Alyona Kolesnikin (57) uduzduqları rəqiblər finala çıxdıqlarından onlar bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq hüququ qazanıblar.

Medal görüşləri sabah olacaq./Report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm