İdman
İdmançılarımız İspaniyada 6 medal qazandı - FOTO
İspaniyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı start götürüb.
Publika.az xəbər verir ki, beynəlxalq turnirin ilk günündə millimiz hesabına daha altı medal yazdırıb.
Oğlanların mübarizəsində Sahib Babayev (50 kq) bütün rəqiblərini məğlub edərək Avropa kubokunu qazanıb. Bu çəkidə yarışan İslam Rəhimov və 55 kq çəki dərəcəsində mübarizə aparan Samir Piriyev yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətləniblər. 55 kq-da ölkəmizi təmsil edən Qədir Hüseynov bürünc medala sahib olub. Qızların yarışında isə Səbinə Əliyeva (48 kq) gümüş, Səbinə Qədirova (52 kq) bürünc medala layiq görülüb.
Beləliklə, Azərbaycan cüdoçuları Fuengirola turnirinin ilk günündə 1 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar. Qeyd edək ki, İspaniyada 23 ölkədə 500 cüdoçu (297 oğlan, 203 qız) mübarizə aparır.
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO